Almaniyada Türklər SPD-dən uzaqlaşır

Almaniyada Sosial Demokrat Partiyasının (SPD) sədri Schulzun Türkiyə əleyhinə bəyanatlarıTürk seçicisini ənənəvi olaraq dəstəklədiyi partiyadan uzaqlaşdırır.

796622
Almaniyada Türklər SPD-dən uzaqlaşır

Almaniyada Sosial Demokrat Partiyasının (SPD) sədri Schulzun Türkiyə əleyhinə bəyanatlarıTürk seçicisini ənənəvi olaraq dəstəklədiyi partiyadan uzaqlaşdırır.

Alman Fondları Miqrasiya və İnteqrasiya Şurası (SVR)  tərəfindən keçən il aparılan tədqiqat Türk mənşəli alman seçicilərinin ən çox dəstək verdiyi partiyanın SPD olduğunu göstərdi.

SPD-nin 2002-ci il seçkilərində  Türk seçicilərinin səsləri sayəsində qalib gəldiyi məlumdur.

SPD 2002-ci il seçkilərində Xristian Birlik Partiyalarından (CDU/CSU) 6 min 227 səs çox toplayaraq və artıq 3 millət vəkili yeri də qazanaraq qalib olmuşdu.

Lakin sentyabrın 24-də keçiriləcək seçkilərdə baş nazir vəzifəsinə namizəd olan SPD lideri Martin Schulzun Türkiyə əleyhinə bəyanatlarının Almaniyadakı Türk seçiciləri üzərində böyük təsiri olduğu düşünülür.

 

 

 



Әlaqәli Xәbәrlәr