Espen Barth Eide istefa verdi

Kıbrıs (Kipr) danışıqlarının vasitəçisi, BMT baş katibinin Kıbrıs (Kipr) üzrə xüsusi məsləhətçisi Espen Barth Eide vəzifəsində istefa verdiyini açıqladı.

790347
Espen Barth Eide istefa verdi

Kıbrıs (Kipr) danışıqlarının vasitəçisi, BMT baş katibinin Kıbrıs (Kipr) üzrə xüsusi məsləhətçisi Espen Barth Eide vəzifəsində istefa verdiyini açıqladı.

Eide bu vəzifədə 27 ay qaldı.

Espen avqustun 5-də Twitter-də yaydığı məlumatda" Zəngin müşahidə və xatirələrlə dolu olduqca intensif keçən 3 ilin sonunda Kıbrısdan (Kipr) ayrılıram, günlərin birində birləşmiş adaya geri dönə bilməyi arzulayıram, təşəkkürlər" deyərək, vəzifəsindən gedəcəyinin xəbərini vermişdi. Espen Barth Eide avqustun 3-də Şimali Kıbrıs (Kipr)Türk Respublikasının prezidenti Mustafa Akıncı və rum lider Nikos Anastasiadislə vidlaşmaq məqsədilə görüşmüş və Norveçə dönmüşdü. BMT-dən verilən məlumatda Espen Barth Eidenin vətəni Norveçdə keçirələcək parlament seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr