İsrail fələstinlilərin evini yıxır

Dağıtmalar işğalçıya qarşı kin və nifrət hissini daha da artırır…

787458
İsrail fələstinlilərin evini yıxır

  İsrail ordu qüvvələri işğal altındakı İordaniya çayının Qərb sahillərində fələstinlilərin 3 evini yıxıb, birini də möhürləyib.

  Ramallahın qərbində yerləşən Deyr Əbu Məşəl diyarına iş maşınlarıyla girən İsrail əsgərləri bundan əvvəl İsrail ordusu tərəfindən açılan atəş nəticəsində həyatını itirən Usamə Baba və Bera İbrahim Salihin ailəsinə aid evləri də yıxıb, Adil Ankuşun evinə isə möhür vurublar.

  İsrail əsgərləri evlərin dağıdğılmasına etiraz edən yerli sakinlərə qarşı həqiqi güllə və gözyaşardıcı qazdan istifadə etmişlər.

  Ramallahın şərqindəki Silvad diyarına də səhər iş maşınlarıyla basqın edən İsrail qüvvələri İslam Hamid adlı fələstinlinin evini uçurdub.

  Fələstin Qurtuluş Təşkilatına (FAT) bağlı Abdullah Əl-Hurani Araşdırma Mərkəzinin rəhbəri Süleyman Vari verdiyi yazılı məlumatda bildirib: “2015-ci ilin oktyabr ayından bu yana İordan çayının Qərb sahilləri və Şərqi Qüdsdə fələstinlilərə aid 36 ev İsrail hərbi qüvvələri tərəfindən dağıdılıb… Profilaktik cəza olaraq evləri yıxma siyasətinin uğursuz olduğu sübut edilib. Dağıtmalar işğalçıya qarşı kin və nifrət hissini daha da artırır… Evləri dağıtma siyasəti beynəlxalq humanitar hüquqa ziddir. Bu hərəkət bölgədə yalnız yəhudiləri məskunlaşdırmağı nəzərdə tutur.”



Әlaqәli Xәbәrlәr