Әfqanıstanlı qaçqınlar Stokholmda etiraz aksiyası keçirdi

İsveçin paytaxtı Stokholmda Miqrant ofisinin qәrarına öz etirazlarını bildirәn әfqanıstanlı qaçqın uşaqlar hücuma məruz qaldı.

786309
Әfqanıstanlı qaçqınlar Stokholmda etiraz aksiyası keçirdi

İsveçin paytaxtı Stokholmda Miqrant ofisinin qәrarına öz etirazlarını bildirәn әfqanıstanlı qaçqın uşaqlar hücuma məruz qaldı.

Stokholm Polis İdarəsinin mәtbuat xidmәtinin rәsmisi Asa Valentin  hücum nәticәsindә 3 uşağın yüngül şәkildә yaralandığını bildirdi.

İsveçin ‘‘Expressen’’ qәzetinә müsahibә verәn әfqanıstanlı  qaçqınlardan  Ahmad Rəhimi  Miqrant ofisinin  Əfqanıstandan gәlәn  valideynsiz uşaqların sığınacaq tәlәbini qəbul etmədiyini vә bu sәbәbdәn  etiraz aksiyası keçirdiklәrini söylәdi.

Etiraz zamanı 20-30 nəfərlik irqçi qrupun hücumuna məruz qaldıqlarını qeyd edən Rəhimi: "Bir anda bizə doğru gələn bir qrup  Əhməd, Məhəmməd rədd olun, qaçqınlar rədd olun şüarını sәslәndirәrәk hücum etdi. Hücum nәticәsindә bәzi dostlarımız yaralandı’’ deyә qeyd etdi.

Faktla  bağlı istintaq aparılır.


Etiketlәr: #Stokholm , #İsveç

Әlaqәli Xәbәrlәr