Pyongyang rəhbərliyi qərarı pislədi

Pyongyang rəhbərliyi raket proqramına görə BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalar tətbiq etmə qərarını pisləyib.

785197
Pyongyang rəhbərliyi qərarı pislədi

Pyongyang rəhbərliyi raket proqramına görə BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalar tətbiq etmə qərarını pisləyib.

Şimali Koreya sanksiyalara qarşı "doğru" cavabı verəcəklərini açıqlayıb və ABŞ-ın ölkəyə istiqamətli düşməncə rəftarı davam etdiyi müddətcə nüvə proqramını müzakirə etməyəcəyini bir daha vurğulayıb.

Ölkənin rəsmi xəbər agentliyində (KCNA) yer tutan şərhdə Şimali Koreyanın nüvə gücünü artırma yolunda geri addım atmayacağı da ifadə edilib.

Açıqlamada bildirilib ki, ABŞ-ın okeanın qarşısında özünü əmin-amanlıq içində hiss etməsi qədər ciddi səhv ola bilməz.

Şimali Koreya Xarici İşlər Nazirliyi səlahiyyətlilərinin Cənubi Koreyanın keçən ay təqdim etdiyi hərbi müzakirə təklifini qəbul etmədiyi də açıqlanıb.

“BBC”yə bəyanat verən Cənubi Koreya Xarici İşlər Nazirliyi səlahiyyətlisi iki ölkə xarici işlər nazirlərinin həftənin axırında, Filippindəki ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Birliyi) konfransında bir araya gəldiyini ancaq Şimali Koreyanın Cənubdan gələn və "səmimiyyətsiz" olaraq xarakterizə etdiyi müzakirə təklifini qəbul etmədiyini ifadə edib.

Ancaq Pyongyang rəsmi Seulun müzakirə təklifinə  dair hələ rəsmi cavab verməyib.

Pyongyangın ən yaxın müttəfiqi Çinin xarici işlər naziri Wang Yi isə, "Şimalın Cənubdan gələn müsbət təklifi tamamilə redd etmədiyini düşünürəm" deyib.

Bu arada ABŞ prezidenti Donald Trump ilə Cənubi Koreya lideri Moon Jae-in arasında bu gün erkən saatlarda bir saatlıq telefon danışığı baş tutub.

Trump Şimali Koreyanı "gedərək böyüyən bir təhdid" olaraq xarakterizə edərkən, liderlər Pyongyanga istiqamətli təzyiqin və sanksiyaların artırılması barədə razılaşıblar.



Әlaqәli Xәbәrlәr