Almaniyada da zəhərli yumurtalar aşkar olundu

Hollandiya və Belçikadan sonra Almaniyada da zəhərli yumurtalar aşkar olundu.

783211
Almaniyada da zəhərli yumurtalar aşkar olundu

Hollandiya və Belçikadan sonra Almaniyada da zəhərli yumurtalar aşkar olundu.

Aşağı Saksoniya əyalətində tərkibində böcək dərmanı zəhərli fipronil maddəsi olan 1.3 milyon yumurtanın bazara çıxarılmasından sonra 3 milyon yumurtanın da Şimali Reyn Vestfaliya əyalətinə göndərildiyi müəyyən olundu.

3 milyon yumurtadan 875 mini bazara çıxarıldı.

Zəhərli yumurtalar arasında orqannik yumurtalar da vardır.

 Bavyera, Hessen və Bremen rəsmiləri zəhərli yumurtaların əyalətlərinə göndərildiyi barədə insanlara xəbərdarlıq etdilər.

Zəhərli yumurtalardan nə qədərinin bazarda olduğu bilinmir.

Prokurorluq böcəklərə qarşı istifadə olunan zəhərli fipronil maddəsinin yumurtalara necə keçdiyini araşdırır.

Hollandiya və Belçika prokurorluğu da bu istiqamətdə istintaqa başladı.

İstintaqın hədəfində isə toyuq hinlərində bitə qarşı tibbi maddələrdən istifadə edən Hollandiyanın Chickfriend şirkətidir.

Bu maddələrə böcək dərmanı qarışdırıldığından şübhələnirlər.

Böcək dərmanı qarışdırılmış maddədən yalnız Hollandiya və Belçikada deyil, Almaniyanın Aşağı Saksoniya əyalətindəki fermalarda da istifadə edidiyi iddia olunur.

Əvvəl Hollandiya və Belçikada fipronil maddəsi aşkar olunan milyonlarca zəhərli yumurta müəyyən edilmişdi.

Hollandiya hökuməti istehlakçılara testlərin nəticələri bəlli olanadək yumurta yeməməyi tövsiyyə etmişdi.

Hollandiyada 180 toyuq ferması bağlanıb.

Almaniyada iki supermarket Hollandiyadan gələn yumurtaları piştaxtadan yığışdırıb.

Avropa İttifaqında böcəklərə qarşı və ən çox bit dərmanı olaraq bilinən fipronilin ət, süd və yumurtasından istifadə olunan heyvanlara verilməsi qadağandır.

 



Әlaqәli Xәbәrlәr