Tayvanda qasırğadan xəsarət alanların sayı artır

Tayvanın müxtəlif rayonlarında 131 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.

780997
Tayvanda qasırğadan xəsarət alanların sayı artır

Son gün ərzində Tayvanda "Nesat" və "Haitang" qasırğalarından xəsarət alanların sayı artmaqdadır. Adanın müxtəlif rayonlarında 131 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.

Qasırğa aramsız yağışlarla müşayiət olunub ki, bu da bir çox ərazilərdə sürüşmə təhlükəsi yaradıb. 279 yaşayış məntəqəsi su altında qalıb.

Qasırğa adanın ektrik enerjisi ilə təchizatında da problemlər yaradıb. Çox sayda avtomobilə ziyan dəyib.

Yerli hökumət nümayəndəsinin verdiyi məlumata görə, təkcə kənd təsərrüfatına dəyən ziyan 5,8 milyon dollar təşkil edib.

 

Mənbə: Trend İnformasiya Agentliyi



Әlaqәli Xәbәrlәr