İspaniyada musiqi festivalında səhnəni alov bürüdü

İspaniyanın Barselona şəhərində musiqi festivalında çıxan yanğın zamanı 22 min adam hadisə yerindən uzaqlaşdırılıb.

780167
İspaniyada musiqi festivalında səhnəni alov bürüdü

  "Tomorrowland" internet saytında yazılana görə, “Parc de Can Zam” parkında təşkil edilən "Tomorrowland" elektron musiqi festivalında çıxan yanğın texniki səbəbdən yaranıb.

  Təcili yanğın yerinə gələn xilasedicilər konsertə toplaşan 22 min adamı oradan uzaqlaşdırıblar. Can itkisi yaşanmayıb.

  Yanğının çıxma səbəbi araşdırılır.



Әlaqәli Xәbәrlәr