Qətər ərəb ölkələrini şikayət etdi

Qətər dənizlərdə təhlükəsizlik qaydalarını pozduğuna görə ölkə ilə əlaqələrini kəsən bəzi ərəb ölkələri Bəynəlxalq Dənizçilik Təşkilatına (İMO) şikayət edib.

763877
Qətər ərəb ölkələrini şikayət etdi

Qətər dənizlərdə təhlükəsizlik qaydalarını pozduğuna görə ölkə ilə əlaqələrini kəsən bəzi ərəb ölkələri Bəynəlxalq Dənizçilik Təşkilatına (İMO) şikayət edib.  

Qətər xəbər agəntliyi “ONA”da yer tutan xəbərə əsasən, Qətərin Nəqliyyat və Telekommunikasiya naziri Casim əs-Salitinin İngiltərənin paytaxtı Londonda  İMO-nun Baş katibi Kitack Lim ilə görüşüb.

Nazir görüşdə ölkəsinin həmin mövzuda hazırladığı sənədləri təqdim edib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Orta Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın şərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb. 



Әlaqәli Xәbәrlәr