Qətər pasportu daşıyanların üzünə BƏƏ qapıları bağlandı

Birləşmiş Ərəb Əmirlikləri mərkəzli hava yolu şirkəti “Etihad Airways” Qətər pasportu daşıyanların BƏƏ-nə daxil ola bilməyəcəkləri məlumatını çatdırıb.

747796
Qətər pasportu daşıyanların üzünə BƏƏ qapıları bağlandı

  “Etihad Airways”dən edilən şərhdə bildirilir ki, Qətər pasportu daşıyanlar Birləşmiş Ərəb Əmirliyinə girə və ya çıxa bilməyəcək. Qətərdə immiqrant, yaxud qürbətçi kimi yaşayanlar, Qətərdə qeydiyyatda olanlar üçün də eyni qadağa hökm sürür.

  Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir və Yəmən bazar ertəsi günü Qətərlə bütün diplomatik əlaqələri kəsib. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn hava sahələrini Qətərə bağlayaraq orada olan diplomatların 48 saat içində ölkədən ayrılmasını istəyiblər.



Әlaqәli Xәbәrlәr