Avstraliya vətəndaşlarına xəbərdarlıq etdi

Avstraliya “Manchester Arena”da 22 adamın ölümü və 59 nəfərin yaralanmasıyla nəticələnən hücumdan sonra İngiltərəyə gedən vətəndaşlarını xəbərdar edərək diqqətli olmalarını istəyib.

737997
Avstraliya vətəndaşlarına xəbərdarlıq etdi

  Avstraliya Xarici İşlər və Ticarət İdarəsindən (DFAT) verilən yazılı xəbərdarlıqda deyilir: “İngiltərənin terror təhdidi səviyyəsi ən yüksək pillə sayılan "kritik" nöqtəyə çatıb. İngiltərəyə səyahət etmək istəyən və hal-hazırda bu ölkədə olan avstralyalılardan “Manchester Arena” və ətrafından uzaq durmaları məsləhət görülür. Şəxsi təhlükəsizliyiniz üçün ehtiyatlı olun, media və yerli səlahiyyətlilərin xəbərdarlıqlarını nəzərə alın. Böyük Britaniyada indi daha diqqətli olmağınızı xahiş edirik."



Әlaqәli Xәbәrlәr