Evdə ölmək qadağan olundu

Fransanın Leqnevil (Laigneville) Bələdiyyəsi evdə ölməyi qadağan etdi.

734678
Evdə ölmək qadağan olundu

  Ölkənin şimalında yerləşən Leqnevil Bələdiyyəsinin sədri Xristofer Ditrix (Christophe Dietrich) “Franceinfo” televiziya kanalına verdiyi müsahibədə bələdiyyənin evdə ölməyi yasaqlayan qərarının simvolik, ancaq mənalı olduğunu söyləyib.

  Beş min adamın yaşadığı bölgədə yalnız iki həkimin çalışdığına işarə edən X.Ditrix: “Son üç həftədə iki dəfə ölümcül olan xəstə 4-6 saat həkim gözləyib. Axı bu iki həkim də əvvəl-axır təqaüdçü olacaq, onların yerinə hələlik kimsə təyin edilməyib”, - deyib.

  Bələdiyyənin bu qərarı tətbiq oluna bilməz, ancaq sədrin məqsədi həkim azlığına diqqət çəkmək olub. Ditrix deyib: "Bilirəm bu qərar ağlasığmazdır, amma biz belə axmaq vəziyyətlə qarşı-qarşıya qalmışıq."



Әlaqәli Xәbәrlәr