Nigeriyada iki Türk vətəndaşı oğurlanıb

Nigeriyanın cənubundakı neft ehtiyatları baxımından zǝngin olan bölgədǝ yerlǝşǝn Akwa Ibom əyalətində, iki Türk vətəndaşı silahlı şəxslər tǝrǝfindǝn oğurlanıb.

710370
Nigeriyada iki Türk vətəndaşı oğurlanıb

Nigeriya polis baş idarǝsinin sözçüsü Chukwu Okechukwu mövzu ilǝ ǝlaqǝli açıqlamasında, BKS İnşaat Şirkəti üçün çalışan iki türk vətəndaşının bazar günü Eket şəhərində qaldıqları oteldǝn oğurlandıqlarını, onların xilas edilmǝsi ilǝ ǝlaqǝli başladılan ǝmǝliyyatın davam etdiyini bildirib.

İki Türk vǝtǝndaşının nǝ sǝbǝbdǝn oğurlandıqlarına dair konkret mǝlumat yoxdur. Hadisǝyǝ görǝ mǝsuliyyǝti ölkədəki heç bir silahlı qrup üzǝrinǝ götürmǝyib.

Qeyd edǝk ki, Nigeriyada Yanvar ayında da Lagosdaki bir məktəbdən bir Türk müəllim, iki işçi vǝ 5 şagird oğurlanmışdı. Onlar iki hǝftǝ sonra sǝrbǝst buraxılmışdılar.



Әlaqәli Xәbәrlәr