Beyrutda hökumət  əleydarı  aksiyalar davam edir

Livanın paytaxtı Beyrutda, karropsiya və hökumətin əlavə vergi tətbiqinə dair planından etiraz məqsədiylə 4 gün əvvəl başlayan aksiyalar davam edir.

694757
Beyrutda hökumət  əleydarı  aksiyalar davam edir

Dünən səhərdən etibarən Riad əl-Sülh Meydanında toplanan və əllərində Livan bayraqları olan aksiyaçılar, karropsiya istəmirik, əlavə vergi tətbiqinə dair  plan  ləğv  edilsin, ey siyasətçilər evinizə qayıdın, deyə şuarlar səsləndiriblər. Xalqa küçələrə axışmaları və hüquqlarını müdafiə etmələri haqqında çağırış ediblər.

Nümayiş zamanı aksiyaçılar ilə təhlükəsizlik qüvvələri arasında gərginlik yaranıb. Polis nümayişçilərə səs bombası ataraq müdaxilə edib.

Qeyd edək ki, Livanda hökumət 10% olan Əlavə Dəyər Vergisi nisbətini 11%-ə qaldıraraq, xəzinənin illik gəlirini 200 milyon dollar artırmağı məqsəd götürüb.



Әlaqәli Xәbәrlәr