Münasibətlərin  yaxşı olmasına diqqət yetiriləcək

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahları Komitəsinin rəisi general Cozef Danford  Türkiyə ilə münasibətlərin yaxşı olmasına diqqət yetirəcəklərini söyləyib.

679072
Münasibətlərin  yaxşı olmasına diqqət yetiriləcək

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahları Komitəsinin rəisi general Cozef Danford  Türkiyə ilə münasibətlərin yaxşı olmasına diqqət yetirəcəklərini söyləyib.

Cozef  Danford paytaxt Vaşinqtonda beyin mərkəzlərindən biri tərəfindən təşkil edilən “Qlobal Təhdidlər və ABŞ-ın Milli Təhlükəsizlikdəki Üstünlükləri” adlı tədbirdə ölkəsinin yeni dövrlə əlaqəli siyasətlərindən danışıb.  

Xüsusilə bölgə siyasətlərini istiqamətləndirərkən ən önəmli müttəfiqlərindən biri olan Türkiyə ilə əlaqələrə diqqət yetirəcəklərini ifadə edən gənəral Danford bildirib ki, Türk müttəfiqlərimizin daşıdığı əhəmiyyətdən danışacağıq və planlarımızın Türkiyə ilə olan güclü ittifaqımızı davam etdirməkdə əsaslı olmasına diqqət yetirəcəyik.

Danford prezident Trampın yaydığı bəyannamə ilə Müdafiə Nazirliyindən 30 gün ərzində DEAŞ-a qarşı əməliyyatlara sürət qazandırılması üçün istədiyi plan haqqında təfərruat verməkdən isə imtina edib.

General Danford DEAŞ ilə mübarizədə həyata keçirdikləri və keçirərkən uğursuz olduqları hər şəyin başqa səviyyələrdə də təsirlərinin olduğunu bildirib. O deyib ki, buna görə də Trampa DEAŞ-ı məğlub edəcək hərbi plandan çox bu planın təhlükələri və nəticələrini ortaya qoyan dətallı “siyasi-hərbi” bir strateji plan təqdim ediləcəkdir.

Bütün seçimləri Ağ Evə təqdim edəcəklərini və  yeni siyasətləri Trampın müəyyən edəcəyini vurğulayan Danford xüsusilə Suriya siyasətləri mövzusunda DEAŞ terror təşkilatına qarşı mübarizə apararkən bölgənin həssaslıqlarını nəzərdə tutacaqlarını söyləyib.

Cozef Danford Suriya böhranının həllində İsveçrənin Cenevrə şəhərindəki prosesin dəstəklənməsinin vacibliyini də dilə gətirib.



Әlaqәli Xәbәrlәr