İsrail parlamenti Fələstində inşaatını qanuniləşdirdi, amma…

Qanun layihəsi 52-yə qarşı 60 səslə qəbul edilib, 8 millət vəkili isə səsverməyə qatılmayıb.

666634
İsrail parlamenti Fələstində inşaatını qanuniləşdirdi, amma…

  İsrail parlamenti Fələstin torpaqlarında yəhudi yaşayış məskənlərinin inşaatı üçün hazırladığı qanun layihəsini təsdiqlədi.

  İsrail parlamenti Knesset İordan çayının qərb sahillərində (Qərbi Şəriyə) qeyri-qanuni olaraq inşa edilmiş minlərlə yəhudi yaşayış məskəninin qanuniləşməsini nəzərdə tutan layihəni təsdiqləyib. Qanun layihəsi 52-yə qarşı 60 səslə qəbul edilib, 8 millət vəkili isə səsverməyə qatılmayıb.

  Beynəlxalq hüquqa görə, bu bölgələrdə tikilən bütün yəhudi yaşayış məskənləri qeyri-qanuni hesab edilir.

  Xatırladaq ki, Şərqi Qüds və İordan çayının qərb sahilləri 1967-ci ildən İsrail tərəfindən işğal olunub. Şərqi Qüdsdə 200 min, İordan çayının qərb sahilində isə 400 mindən çox yəhudi yerləşdirilib.



Әlaqәli Xәbәrlәr