Başqa planetlərdə həyat

NASA alimləri başqa planetlərdə həyatın olmasını aşkara çıxarmağa imkan verən yeni üsul kəşf etdiklərini bildiriblər.

661750
Başqa planetlərdə həyat

NASA alimləri başqa planetlərdə həyatın olmasını aşkara çıxarmağa imkan verən yeni üsul kəşf etdiklərini bildiriblər.

 Yeni üsulla  yəni amin turşularının analizi sayəsində başqa planetlərdə həyatın mövcudluğunu müəyyənləşdirmək mümkün olacaq. Ekspertlərin sözlərinə görə, bunun üçün digər planetlərdə olan buz nümunələrini tədqiq etmək lazım gələcək. Bu, müvafiq texnika ilə təchiz edilmiş avtomatik stansiyada həyata keçiriləcək. Alimlər bildirirlər ki, artıq bu metodu sınaqdan keçiriblər. Onlar sınaq üçün Kaliforniyada yüksək qələvi və duz konsentrasiyası ilə tanınmış Mono gölünün suyundan istifadə ediblər.

NASA əməkdaşları hesab edirlər ki, belə yerlər başqa planetlərdə də müşahidə olunur.NASA alimləri amin turşularının analizi yolu ilə başqa planetlərdə həyat axtaracaqlar

http://azertag.az/


Etiketlәr: #NASA alimləri

Әlaqәli Xәbәrlәr