Sergey Lavrov Astana görüşlərindən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın paytaxtı Astanada aparılan danışıqların Suriyada təxminən 6 ildir davam edən böhranın nizama salınması yolunda mühüm bir mərhələ təşkil etdiyini dedi.

657467
Sergey Lavrov Astana görüşlərindən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Astanada Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturaya Suriya müxalifəti ilə yaradılacaq əlaqələrdə yardımçı olacağını bildirdi.
 
 Rusiyanın paytaxtı Moskvada macar həmkarı Piter Szijjarto ilə görüşündən sonra danışan Lavrov: "BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Rusiyanın dəstəyi ilə danışıqların moderatorluğunu edəcək. Türkiyə de Misturaya müxaliflərlə olan görüşlərdə, İran isə hökumət nümayəndələri ilə olan danışıqlarda yardımçı olacaq" dedi.
 
 Rusiyanın xarici işlər naziri Lavrov Qazaxıstanın paytaxtı Astanada aparılan danışıqların Suriyada təxminən 6 ildir davam edən böhranın nizama salınması yolunda mühüm bir mərhələ təşkil etdiyini dedi.
 
Lavrov Astana danışıqlarının silahlı müxalif qrupların həll prosesindəki tam iştirakını möhkəmləndirmək məqsədi daşıdığını da bildirdi.
 
 Lavrov silahlı müxalifət  heyətinin Cenevrədə siyasi müxaliflərə daxil olacağını, bunun suriyalı tərəflər arasındakı danışıqları daha geniş və perspektivli edəcəyini qeyd etdi.
 
 Digər tərəfdən, siyasi müxaliflərin Astanaya gedən silahlı müxalifət heyətindədə dəyişiklik edilməsi üçün cəhdlər göstərdiyini bildirən Lavrov siyasi müxalifləri müzakirə prosesindən kənarda tutmağa çalışmadığını da vurğuladı.

 

 


 



Әlaqәli Xәbәrlәr