Putin Obamanı tənqid etdi

Rusiya  prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanı Donald Trumpun legitimliyini zədələməkdə  günahlandırdı.

653630
Putin Obamanı tənqid etdi

Rusiya  prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatları prezidenti Barack Obamanı cümə günü prezidentlik kürsüsünü təhvil verəcəyi Donald Trumpun legitimliyini zədələməkdə  günahlandırdı.

Moldova prezidenti İqor Dodon ilə paytaxt Moskvadakı görüşündən sonra açıqlama verən Putin Obamanı tənqid edərək:“Bəzi insanlar vidalaşmadan gedər, bəziləri isə vidalaşarlar, amma getməzlər. Obama rəhbərliyi ikinci qrupa daxildir" dedi.

"Seçkilər Trumpın qələbəsi ilə nəticələnməsinə baxmayaraq, davam edən siyasi bir mübarizə müşahidə edirik" deyə danışan Putin bu mübarizənin məqsədlərindən birinin seçilmiş prezidentin legitimliyini zədələmək, digərinin isə Trumpın daxili və xarici vədlərini yerinə yetirməməsi üçün əlini-qolunu bağlamaq olduğunu bildirdi.

Trump Rusiya ilə münasibətləri düzəltmək istədiyini bildirdikdən sonra rus hackerlerinin ABŞ seçkilərinə müdaxilə etdiyi və rus kəşfiyyatının Trump haqqında məlumat topladığı barədə xəbərləri xatırladan Putin bu növ uydurma xəbərləri ortaya atanların heç bir əxlaqi dəyərlərinin olmadığını dilə gətirdi.

Bu xəbərlərin yalan olduğunu iddia edən Putin: "Trumpı tanımıram. Onunla görüşmədim. Beynəlxalq arenada nə edəcəyini bilmirəm. Buna görə onu qorumaq, və ya tənqid etmək üçün bir səbəbim yoxdur" deyə danışdı.



Әlaqәli Xәbәrlәr