Fransada 800 min ördǝk mǝhv edilir

Fransada, quş qripi virusunun qarşısını almaq üçün 800 min ördək mǝhv edilǝcǝk.

644858
Fransada 800 min ördǝk mǝhv edilir

Kənd Təsərrüfatı Nazirliyindən verilǝn mǝlumata görǝ ölkənin cənub-qərb bölgǝsindǝ, 89 fǝrqli yerdǝ H5N8 virusu qeydǝ alınıb.

Virusun sürǝtlǝ yayılmasının qarışısını almaq mǝqsǝdiylǝ Gers, Landes və Hautes-Pyrenees bölgələrindəki ördəklər, 20 Yanvar tarixinə qədər mǝhv edilǝcǝklǝr.

Qeyd edǝk ki, 26 Noyabrda da ölkənin şimalındakı Pas-de-Calais bölgəsində sǝhra quşlarında H5N8 virusu qeydǝ alınmışdı. Hǝmçinin Avropa İttifaqının ən böyük qanadlı heyvan istehsalçısı Fransanın cənub-qərb bölgəsində ötǝn il epidemiya yaşanmışdı.



Әlaqәli Xәbәrlәr