Groznıda polislәrә atәş açan 11 tәcavüzkar öldürülüb

Çeçenistan Muxtar Cümhuriyyәtindә polislәri hәdәf alan tәcavüzkarlara qarşı  keçirilәn әmәliyyat nәticәsindә 11 tәcavüzkar öldürülüb.

632976
Groznıda polislәrә atәş açan 11 tәcavüzkar öldürülüb

Çeçenistan Muxtar Cümhuriyyәtindә  polislәri hәdәf alan tәcavüzkarlara qarşı  keçirilәn әmәliyyat nәticәsindә 11 tәcavüzkar öldürülüb.

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, silahlı bir qrup paytaxt Groznıda polislərin ‘‘dayan’’ xәbәrdarlığına  әmәl  etmәyib  vә polislәrә atәş açıb.   Mәlumata görә, baş verәn qarşıdurma nәticәsindә  4 tәcavüzkar ölüb, bir polis әmәkdaşı ilә 2 tәcavüzkar yaralanıb.

Tәhlükәsizlik qüvvәlәrinin hәyata keçirdiyi  әmәliyyat nәticәsindә qaçan  7 tәcavüzkar da mәhv edilib.



Әlaqәli Xәbәrlәr