"İsaya sarılın, qəbul edin, Almaniyada qalın"

Əsədin qırğınlarından qaçıb Almaniyada məskunlaşan suriyalı qaçqınlar burada da "Hitler" məntiqi ilə qarşılaşdılar.

631974
"İsaya sarılın, qəbul edin, Almaniyada qalın"

Almaniyanın paytaxtı Berlində qaçqınların yaşadıqları yerlərdə üzərində "İsaya sarılın, qəbul edin, Almaniyada qalın" yazılan panolar görənləri şok etdi.
 
 Əsədin qırğınlarından qaçıb Almaniyada məskunlaşan suriyalı qaçqınlar burada da "Hitler" məntiqi ilə qarşılaşdılar.
 
 Almaniya hökuməti müharibədən qaçıb Almaniyaya pənah aparan müsəlmanlara xristianlığı qəbul etmələri müqabilində ölkədə qalmağı vəd edərək, əsl üzünü bir daha göstərdi.
 
 Münhen şəhərində də qaçqınların yerləşdiyi yataqxananın qarşısına 25 metr uzunluğunda və təxminən 4 metr enində bir divar hörüldü.
 
 Alman rəsmiləri  divarın qaçqınların səs-küy çıxararaq xalqı narahat etdiyinə görə hörüldüyünü bildirdilər.

 Suriyadakı beş ildir davam edən vətəndaş müharibəsi nərticəsində milyonlarla insan yurdundan-yuvasından didərgin düşərək qacıb.
 
 Bu məcburi miqrasiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən böyük köç olaraq dəyərləndirilir.
 
Türkiyə suriyalı qaçqın sayının ən çox olduğu ölkələrdən biridir.
 
 Suriyalı qaçqınlar üçün açıq qapı siyasətini tətbiq Türkiyədə 3 milyondan çox qaçqın var.

 Bir neçə aydır axınla Avropaya  gedən qaçqınların çoxunun hədəfi  Almaniyadır.



Әlaqәli Xәbәrlәr