Co Bayden sionist olduğunu söylədi

ABŞ-ın vitse-prezidenti Co Bayden sionist olduğunu, bunun üçün yəhudi olmağa ehtiyac olmadığını deyib.

608960
Co Bayden sionist olduğunu söylədi

ABŞ-ın vitse-prezidenti Co Bayden sionist olduğunu, bunun üçün yəhudi olmağa ehtiyac olmadığını deyib.

Bayden Dünya Yəhudi Konqresinin Nyu-Yorqdakı yığıncağında çıxış edib. O ABŞ-ın 45-ci prezidenti səçilən Donald Trampın hakimiyyəti dövründə  İsrail ilə əlaqələrin necə olacağına dair deyib ki, yeni rəhbərlikdə İsrail-Amerika əlaqələrində dəyişiklik olacağını gözləmirəm. Belə bir niyyət olsa belə Konqres və Amerika xalqı bunun gərçəkləşməsinə heç vaxt icazə verməz. Belə bir şey onsuz da yoxdur. Bayden 400 nəfərə yaxın nəfərin olduğu salonda etdiyi çıxışda ayrıca “Sionistəm, sionist olmaq üçün yəhudi olmağa ehtiyac yoxdur” deyib.

Baydenə tədbirdə siyasi sionizmin qurucusu kimi tanınmış “Teodor Herzl adına mükafat” təqdim edilib.

Ancaq İsrail mənbələri ABŞ ilə əlaqələrin gələcəğindən Bayden qədər ümidli deyil.

İsrail Xarici İşlər Nazirliyi nəzdində Trampın Orta Şərqdə izləyəcəyi siyasəti analiz edən ekspertlərin hazırladığı hesabatda bildirilib ki, Trampın seçki kampaniyası müddətində dilə gətirdiyi ifadələri, İsrail-Fələstin problemi barədə tutarlı bir siyasət izləməyəcəğinə işarə edir.

“Haaretz” qəzetinin internet saytında yayımlanan hesabatda İsrail-Fələstin probleminin Trampın üstühlük verdiyi mövzular sırasında yer almadığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr