Qadınlar sülh mitinqi tǝşkil ediblǝr

Fələstinli və İsrailli qadınlar, İordan çayının qǝrb sahillǝrindǝn Qüdsə sülh yürüşü tǝşkil edib.

593456
Qadınlar sülh mitinqi tǝşkil ediblǝr

İordaniya sərhədində toplanan ağ paltarlı Fələstinli və İsrailli qadınlar, sülh istǝyirik, İsrail işğalı sona çatsın, sülh bǝrpa edilsin, şǝklindǝ şuarlar sǝslǝndiriblǝr.

Yürüş, İsrail Baş naziri Binyamin Netanyahunun Qüdsdəki evinin önündə mitinq tǝşkil edilǝrǝk sona çatıb. Sülh aktivistləri burada da istəklərini mahnılarla sǝslǝndiriblǝr. Hökumǝtǝ çağırış ediblǝr ki, İsrail-Fələstin münaqişəsinin həllinǝ dair sülh danışıqları yenidǝn başlasın.

Sülh mitinqinǝ 2011 Nobel Sülh Mükafatını paylaşan, qadın və insan hüquqları müdafiəçisi Liberiyalı Leymah Gbowee də dəstək verib.

Qeyd edǝk ki, İsrail ilə Fələstin arasındakı sülh danışıqları, İsrailin Yəhudi yaşayış mǝskǝnlǝr tikmǝ qǝrarından imtina etmǝmǝsi sǝbǝbindǝn iki il əvvəl dayandırılmışdı.



Әlaqәli Xәbәrlәr