“Hələb şəhərində atəşkəs qəbul edilməsini istəyəcəyik”, J.M.Euro

Fransa xarici işlər naziri Suriyanın Hələb şəhərində atəşkəs təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qərar almasını istəyəcəklərini bildirib.

579192
“Hələb şəhərində atəşkəs qəbul edilməsini istəyəcəyik”, J.M.Euro

Fransa xarici işlər naziri Jan-Mark Euro (Jean-Marc Ayrault) Suriyanın Hələb şəhərində atəşkəs təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qərar almasını istəyəcəklərini bildirib.

Milli Məclisdə millət vəkillərinə müraciət edən nazir Suriyada rejimin Rusiya və İranın dəstəyini götürərək xalqına qarşı bütün gücü ilə toqquşduğunu söyləyib.

Buna tamaşa edə bilməyəcəklərini vurğulayan Euro vurğulayıb ki, Hələbdə atəşkəsi təmin edəcək bir qərarı müzakirəyə çıxarmağı təklif edirik. Bu qərar hər kəsin məsuliyyətləri ilə üzləşməsinə imkan yaradacaq. Qərarı dəstəkləməyənlər cinayət günahına ortaq olma riskini qəbul edəcək.

Fransanın XİN rəhbəri Hələbin 1930-cu illərdəki İspaniyadakı vətəndaş müharibəsində dinc əhalinin fərq qoymadan bombalandığı Guernica bölgəsi kimi olmasına icazə verməyəcəklərini vurğulayıb.

Suriyada 5 ildir davam edən vətəndaş müharibəsində son günlərdə xüsusilə Hələbdə rejim qüvvələri və Rusiyanın bombardmanlarında hər gün onlarla insan həyatını itirir.  



Әlaqәli Xәbәrlәr