Ancelina Coli dünyaya səsləndi

"Bu düşərgədə problemi olmayan ailə yoxdur. Burada quraqlıq ərazidən başqa yeri, həyatı tanımayan uşaqlar var. Onlar üçün içim parçalanır"

569110
Ancelina Coli dünyaya səsləndi

  Birləşmiş Millətlər Təşkilatının sülhməramlı elçisi Ancelina Coli Suriya böhranına köklü həll tapılması üçün dünyaya səsləndi.

  İordaniyanın şərqində suriyalı qaçqınların qaldığı Əl-Ezra Mühacir Düşərgəsinə baş çəkdikdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Coli: "Bu düşərgədə problemi olmayan ailə yoxdur. Burada quraqlıq ərazidən başqa yeri, həyatı tanımayan uşaqlar var. Onlar üçün içim parçalanır", - deyib.

  Suriya böhranı başlanandan bu yana İordaniyaya 4 dəfə səfər etdiyini və qonşu xalqa göstərdiyi insanlıq və sevgiyə görə bu ölkəni təqdir etdiyini dilə gətirən Hollivud aktrisası onu da bildirib ki, "İordaniya-Suriya sərhədindəki neytral bölgədə gözləyən suriyalıların problemi İordaniyanın təkbaşına həll edəsi məsələ deyil. Düşərgədəki suriyalıların, xüsusən də uşaqların problemlərini dinlədim. Dünya qaçqınların vəziyyətini aylardır görür, amma həll etmir. Bu da əslində suriyalıları başqa problemlərə məruz qoyur. Suriyadakı böhrana son qoymaq üçün dünya liderlərinə səslənirəm”.

  Qeyd edək ki, Suriya ilə 375 kilometrlik sərhədi olan İordaniya təxminən 1 milyon 390 min suriyalını himayə edir.



Әlaqәli Xәbәrlәr