Yaponiyada Lionrok qasırğası nə qədər can aldı

İvat bölgəsində qasırğanın yol açdığı torpaq sürüşməsi zamanı bir Qocalar Evində 9 adamın cansız bədəni tapılıb

562604
Yaponiyada Lionrok qasırğası nə qədər can aldı

  Eyni qəsəbədə olan Omotoqava çayı sahillərində yaşlı bir kişinin, Kuji şəhərində isə dağıntı altından yaşlı bir qadının cəsədlərilə birlikdə faciədə ölənlərin sayı 11-ə çatıb.

  Hokkaido adasında isə 3 nəfər itkin düşüb.

  2011-ci ildəki sunami yaraları təzə sağaltmışdı ki, Lionrok qasırğası yenidən həmin şimal tərəfi vurdu.

  Elektrik xətlərinin qırılması nəticəsində 10 mindən çox ev qaranlıqda qalıb. Bir çox dəmiryolu səfəri də qasırğa ilə əlaqədar ləğv edilib.

  Bölgədən 170 mindən çox adam köçürülüb, xəbər alınmayanlar da var.

  Su səviyyəsinin yüksəlməyə davam etdiyi Hokkaido adası ətrafında dalğaların 7 metrə çatması hər kəsi narahat edir.



Әlaqәli Xәbәrlәr