Angela Merkel: "Türklərin tələblərini daha çox nəzərə alacağıq"

Almaniya kansleri Angela Merkel hökumət olaraq ölkədə yaşayan türklərin tələblərini daha çox nəzərə alacaqlarını bildirib.

557604
Angela Merkel: "Türklərin tələblərini daha çox nəzərə alacağıq"

Almaniya kansleri Angela Merkel hökumət olaraq ölkədə yaşayan türklərin tələblərini daha çox nəzərə alacaqlarını bildirib.

Merkelin Ruhr Nachrichten (Rur Naxrihten) qəzetinə verdiyi açıqlamada, türklərdən Almaniyaya daha çox bağlılıq gözlədiklərini, bunun qarşılığında isə onları dinləməyə və anlamağa səy göstərəcəklərini ifadə edib.

Merkel bundan sonra Almaniya hökumətinin Türkiyə qeyri-hökumət təşkilatları ilə yaxın əlaqədə olacağını vurğulayıb.

Türklərin Almaniyada nümayişlər keçirmək hüquqlarına da hörmət etməli olduqlarına diqqət çəkən Merkel: "Nümayiş və düşüncə azadlığı hər kəs üçün qüvvədədir", - deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr