Twitterdə bir gündə yeddi minə yaxın islamafobiya məzmunlu mesaj paylaşılıb

"Twitter-də İslamofobiya" başlıqlı məqalə islam əleyhinə istifadə edilən 50 açar söz və etiketin mart ayından etibarən araşdırılması nəticəsində qələmə alınıb.

554602
Twitterdə bir gündə yeddi minə yaxın islamafobiya məzmunlu mesaj paylaşılıb

İngiltərədə aparılan bir araşdırma nəticəsində keçən ay məşhur sosial şəbəkə platformu "Twitter"də gündəlik yeddi minə yaxın ingiliscə islamafobiya məzmunlu mesaj paylaşıldığı məlum olub.

Londonda yerləşən “Demos” təşkilatının Sosial Media Analizi Mərkəzi tərəfindən hazırlanan "Twitter-də İslamofobiya" başlıqlı məqalə islam əleyhinə istifadə edilən 50 açar söz və etiketin mart ayından etibarən araşdırılması nəticəsində qələmə alınıb.

Araşdırmadan əldə edilən nəticələrə əsasən, twitterdə  islamafob postların daha çox paylaşıldığı dövr iyul ayına, islamofobiya məzmunlu mesajların yazıldığı dövr isə  Fransanın Nice şəhərində baş verən terror hücumundan sonrakı dövrə təsadüf edir.

Demosun hesabatında keçən ay göndərilən 215 min 247 Twitter mesajının İslamofobiya məzmunlu olduğu məlum olub. Bunlardan 21 min 190-ının Nicedəki terror hücumundan bir gün sonra, yəni 15 iyulda, 10 min 610-unun isə 17 İyulda Türkiyədə baş verən çevriliş cəhdinin ardından yazıldığı qeyd edilib.

Hesabatda Avropa İttifaqı ölkələrinin də ingilis dillində islamofobiya istiqamətli twitlər yazdığı, ancaq bunların əksəriyyətinin İngiltərədən göndərildiyi bildirilib.  
Demos Hollandiya, Fransa və Almaniyadan yazılan İslamofob paylaşımların çoxluğuna diqqət çəkib.



Әlaqәli Xәbәrlәr