"Arria Formulu" toplantısında Hələbin mülki vətəndaşlarının vəziyyəti müzakirə olundu

Suriyanın Hələb şəhərində mülki vətəndaşların vəziyyəti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası ilə əlaqəli olmayan, qeyri-rəsmi xarakterli "Arria Formulu" toplantısında müzakirə olundu.

547871
"Arria Formulu" toplantısında Hələbin mülki vətəndaşlarının vəziyyəti müzakirə olundu

 
 Toplantıda könüllü həkimlərlə yanaşı, çoxsaylı qeyri-hökumət təşkilatları nümayəndələri və bölgə mütəxəssisləri iştirak etdilər.
 
 Hava hücumları nəticəsində dağıdılan xəstəxanaların və yaralıların foto və video görüntülərinin göstərildiyi toplantıda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına və beynəlxalq cəmiyyətə insanların həyatlarını xilas etmək üçün daha çox hərəkət etmək çağırışı edildi.
 
 Suriya-Amerika Tibb Dərnəyinin sədri Doktor Zaher Sahloul toplantıdakı çıxışında Suriya rejim qüvvələrinin 250 min nəfərin yerləşdiyi Hələbin şərq hissəsini əhatə etdiyinə diqqət çəkdi.
 
 Samer Attar adlı həkim də 12 ildir münaqişə bölgələrində çalışdığını ifadə edərək Suriyanın Hələb şəhərindəki "utandırıcı"  ağrı-acını heç yerdə görmədiyini bildirdi.
 
 BMT-nin Humanitar İşlər üzrə baş katibinin müavini Stefan O'Brien da çıxışında Hələbə yardımların çatdırılması üçün həftədə 48 saat münaqişələrə ara verilməsi barədə çağırış etdi.
 
 Toplantının ev sahiblərindən ABŞ-ın BMT-də daimi nümayəndəsi Samantha Power çıxışında: "Mülki vətəndaşlardan siyasi spekulyasiya, və ya müharibə taktikası kimi istifadə edilmədiyini vurğulamaq məcburiyyətindəyik" deyə danışdı.
 
 Rusiyanın BMT-də daimi dümayəndəsinin müavinii Vladimir Safronkov isə ABŞ-ı və Qərb həmkarlarını günahlandıraraq: "qanuni Suriya rejiminin terrorla mübarizə tədbirlərindən bəhs etmək əvəzinə Suriyadakı problemin əsl səbəbləri etiraf edilməlidir" dedi.
 
 Qeyd edək ki, Venesuelalı diplomat Dieqo Arrianın adı verilən "Arria Formulu" toplantıları Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvlərinin son illər istifadə etdiyi üsullardan biridir. Bütün üzvlərin iştirak etməsinin vacib olmayanbu toplantıların çevik çərçivəsi vardır.



Әlaqәli Xәbәrlәr