Misir təyyarəsinin qara qutuları tapıldı

Paris-Qahirə istiqamətində uçan və mayın 19-da Aralıq dənizinə düşən Misirin sərnişin təyyarəsinin qara qutuları açılıb.

521112
Misir təyyarəsinin qara qutuları tapıldı

Məlum olub ki, təyyarənin qəzasından əvvəl dumana dair yerə həyəcan siqnalı göndərilib.

Uzun müddətdir axtarılan və Misirdən 290 kilometr aralıda, 3 min metr dərinlikdə tapılan qara qutu Fransanın paytaxtı Parisdə yoxlanıldıqdan sonra Misirə göndərilib. Bildirilir ki, təyyarənin içində elektrik naqillərindən tüstü çıxmağa başlayıb. Yüksək hətrarət hiss olunub və təyyarənin ön tərəfində problemlərin yarandığı müəyyənləşib.

Digər qara qutunun isə araşdırılması Parisdə davam etdirilir.

Xatırladaq ki, Misirə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 10-u ekipaj üzvü olmaqla 66 nəfər vəfat edib.



Әlaqәli Xәbәrlәr