Yaponiyada 10 iyulda parlamentin yuxarı palatasına seçkilǝr keçirilǝcǝk

Yaponiyada siyasi partiyalardan olan namizədlər və onların əməkdaşları parlamentin yuxarı palatasına 10 iyulda keçiriləcək seçkilərlə bağlı hazırlıq işlərinə başlayıblar.

516013
Yaponiyada 10 iyulda parlamentin yuxarı palatasına seçkilǝr keçirilǝcǝk

Mövcud qanunvericiliyə əsasən, ölkədə hər üç ildən bir parlamentin həmin palatasının 242 deputatından yarısı təzələnir. Bunlardan 73-ü seçki dairələri üzrə, 48-i isə proporsional qaydada seçilir.

Baş nazir Şinzo Abe bildirib ki, onun rəhbərlik etdiyi hakim blok qarşıdakı seçkilərdə üstünlüyü saxlamağa və 121 yerdən 61-ni qazanmağa çalışacaq.

Ş.Abe parlamentin seçkilərdən dərhal sonra keçiriləcək sessiyasında konstitusiyaya nəzərdə tutulan düzəlişləri reallaşdırmaq niyyətində olduğunu da bildirib. Həmin düzəlişləri qəbul etmək üçün ölkə üzrə milli referendumun təşkili nəzərdə tutulur.

Referendumun keçirilməsi üçün isə Baş nazir parlamentin hər iki palatasının üzvlərinin üçdə iki hissəsinin dəstəyini əldə etməlidir. Hazırda hakim koalisiya aşağı palatada kifayət qədər deputat yerinə malikdir.



Әlaqәli Xәbәrlәr