Donald Trampı öldürməyi planlaşdıran gənc saxlanılıb

Trampın mitinqində polisin silahını almaq istədiyi zaman saxladığı şübhəli gənc Trampı vurmaq istədiyini söyləyib.

514913
Donald Trampı öldürməyi planlaşdıran gənc saxlanılıb

Respublikaçı prezidentliyə  namizəd Donald Trampın mitinqində polisin silahını almaq istədiyi zaman saxladığı şübhəli gənc Trampı vurmaq istədiyini söyləyib.

19 yaşlı ingilis Maykl Stiven Sandford məhkəməsində ifadəsində bildirib ki, onun Trampı öldürmək planı olub və 6 aydır bu aktı törətməyə çalışıb.

İngiltərə vətəndaşı olan Sandford bu planı ilə əlaqədar 6 aydır ABŞ-da yaşadığını da deyib.

Qeyd edək ki, milyarder iş adamı Respublikaçılar partiyasının iyulda keçiriləcək qurultayı öncəsi namizədliyini təmin etsə də, xüsusilə onun müsəlman və qaçqınlar əleyhinə sərt çıxışları partiya daxilində də narazılığa səbəb olub.

Son rəy sorğuları da Trampa dəstəyin aşağı olduğunu göstərir.

 



Әlaqәli Xәbәrlәr