Belçikada etiraz aksiyaları keçirilir

Belçikada hökumətin qənaət tədbirlərinə qarşı tətil edən dövlət qulluqçuları Brüsseldə aksiya keçirib.

501914
Belçikada  etiraz aksiyaları  keçirilir

Belçikada hökumətin qənaət tədbirlərinə qarşı tətil edən dövlət qulluqçuları Brüsseldə aksiya keçirib.

Nord qatar stansiyasında toplanan akşıyaçılar  Kral Sarayı, Parlament və hökumət binaları istiqamәtindә  yürüşә başlayıblar.  Aksiyaçılar  hökumətin qənaət tədbirlərini  tənqid edәn süarlar sәslәndiriblәr.

Polis nimayişdә iştirak edәn  aksiyaçıların sayının 7 min 500 olduğunu  açıqlasada hәmkarlar ittifaqı  12 min adamın  nimayişә qatıldığını bildirib.

Dövlәt qulluqçuları  tәtil etdiklәrinә görә  nәqliyyat, mәktәb,poçt vә hәbsxana işlәrindә axsamalar olur.

Ölkәdә  bəzi avtobus və tramvay xətləri  isə  sәfәrlәrini  dayandırıb. Qeyd edәk ki,  Paris və Brüssel arasındakı bəzi reyslər dә   ləğv edilib.

Almaniya və Belçikanın Liege şəhərinə dә qatar səfərləri  dayandırılacaq.



Әlaqәli Xәbәrlәr