Paris terrorunun şübhəlisi  məhkəmədə "susma hüququ"ndan istifadə etdi

Fransanın paytaxtı Parisdə noyabr ayında 130 nəfərin ölümünə səbəb olan terror hücumlarının həyatda olan yeganə şübəlisi Əbdüssəlam  məhkəmədə "susma hüququn"ndan istifadə etdi.

494718
Paris terrorunun şübhəlisi  məhkəmədə "susma hüququ"ndan istifadə etdi

Əbdüssəlamın vəkili Frank Berton müvəkkilinin təxminən bir saat davam edən iclasda hakimin suallarına cavab vermədiyini və "susma hüququ"ndan istifadə etdiyini bildiriərək növbəti iclaslarda suallara cavab verəcəyini söylədi. 
 
 Əbdüssəlam Belçikanın paytaxtı Brüsseldəki ilk sorğusunda Fransaya ekstradisiya edilməsi halında Fransız məhkəməsiylə əməkdaşlıq edəcəyini söyləmişdi.
 
 Qeyd edək ki,Əbdüssəlam  martın 18-də Belçika polisinin keçirdiyi əməliyyat nəticəsində ələ keçirilmişdi.



Әlaqәli Xәbәrlәr