Bayırbucaq Türkmənləri müqavimətlərini əzmlə davam etdirirlər

Suriyada Əsəd rejiminə və  havadarlarına qarşı mübarizə edən Bayırbucak Türkmənləri müqavimətlərini əzmlə davam etdirirlər.

480313
Bayırbucaq Türkmənləri  müqavimətlərini əzmlə davam etdirirlər

Rejimin bombardmanlarına qarşı 4 ildir dirənən Lazkiye şəhərinin şimalında yerləşən Türkmən dağındaki Bayırbucak Türkmən qoşunları Rusiyanın daxil olmasından sonra torpaqlarının 80 %-nə yaxınını itirsə də "əcdad yadigarı" dedikləri kəndlərini tərk etməmək üçün dirənirlər.
  Rusların gəlməsi  ilə hücumların qat-qat artdığı Türkmən kəndləri bir-bir  boşaldılır.
  Az qala xarabalığa çevrilən kəndlərdən qaçan 15 minə yaxın Türkmən, Yayladağda yaradılan düşərgələrə və Türkiyəyə sığınırlar.
  Rusların hava hücumundan sonra quru hərəkatına keçən rejim və havadarları təxminən 5 ay içərisində Kızıldağ, Bürc əl Kasab kimi strateji yüksəkliklərlə yanaşı, 36 yaşayış məntəqəsini ələ keçirdilər.
  Qeyd edək ki,Rusların Suriyaya gəldiyi tarixdən bu yana Türkməndağında 300-ə yaxın insan ölüb, ən azı min nəfər də yaralanıb. Əllərində qalan 5 kənd ilə 6 çiftliyi qorumaq üçün mübarizəyə davam edən Türkmən birlikləri son günlərdə bölgə xəstəxanası və çadırların vurulması nəticəsində baş verən meşə yanğınları səbəbindən də çətin günlər keçirir.
  Rejim qüvvələri isə Türkmənlərin son kəndlərini ələ keçirmək üçün intensiv hücumlarını davam etdirir.

 

 



Әlaqәli Xәbәrlәr