Cinsi təcavüz edən əsgərlər mükahimə ediləcək

Cinsi istismara qarışdıqları təsbit edilən BMT Sülhməramlı Qüvvələrinin əsgərləri ölkələrinə geri göndəriləcək

449344
Cinsi təcavüz edən əsgərlər mükahimə ediləcək

Birləşmiş Millətlər Təşkilatı Sülhməramlı Qüvvələri əsgərlərinin cinsi istismarına qarşı tədbir görəcək.

Ümumi halda bütün dünyada təxminən 100 min sülhməramlı əsgər var ki, onların bir çoxu cinsi təcavüz edir və bu hadisələr getdikcə artır.

Sülhməramlı Hərbi Qüvvələrin vəzifələndirmə səlahiyyətini təyin edən BMT Təhlükəsizlik Şurası bu cinayətlərə qarışan personalın daha təsirli şəkildə mühakimə olunması və onlardan hesab soruşulması üçün bir sıra tədbirlər həyata keçirməyə başlayıb.

Amerika Birləşmiş Ştatları tərəfindən hazırlanan və Şuranın səsverməsilə qəbul edilən qanuna 15 üzvdən 14-ü səs verib, yalnız Misir bitərəf olub. Qəbul edilən qanuna görə, geniş miqyaslı və ya sistematik cinsi istismara qarışdıqları təsbit edilən BMT Sülhməramlı Qüvvələrinin əsgərləri ölkələrinə geri göndəriləcək. Öz ölkələrində lazımi şəkildə mühakimə olunub-olunmadıqları BMT Baş katibi tərəfindən birbaşa təqib ediləcək və Şuraya bildiriləcək.



Әlaqәli Xәbәrlәr