İsrail Fələstin kanalını bağlayıb

İsrail ordusu, Livanın paytaxtı Beyrutdakı Fələstin el-Yevm kanalının İordan çayının qərb sahilində yerləşən şöbəsini “terror təbliğatı" səbəbilə bağlayıb.

449004
İsrail Fələstin kanalını bağlayıb

İsrail ordusu, Livanın paytaxtı Beyrutdakı Fələstin el-Yevm kanalının İordan çayının qərb sahilində yerləşən şöbəsini “terror təbliğatı" səbəbilə bağlayıb.

İsrail ordusunun yayımladığı məlumatda bildirib ki, 1945-ci il “fövqəladə vəziyyət" qanununa əsasən “İslam Cihad Hərəkatı"na adi olan “Fələstin el-Yevm" yayım orqanının şöbələri, terror təbliğatı apardığı üçün fəaliyyəti dayandırılıb.

Digər bir tərəfdən Fələstinli Jurnalistlər İttifaqından verilən məlumata əsasən, kanalın şöbə müdiri Faruk İlyatın Bir Zeytdəki evindən götürülǝrǝk polis bölməsinə aparıldığı bildirilib.

Şöbəyə təşkil olunan basqında idarənin foto müxbiri və texniki də saxlanılıb.

Şöbə rəhbəri bildirib ki, İsrail əsgərləri, şöbədə işləyənlərə işin dayandırıldığını yazılı formada təqdim edib. Basqında canlı yayımda istifadə olunan alət və cihazlar da aparılıb. Bu olanlar işğalçı İsrailin rəhbərliyində işləyənlərin uğursuzluqlarıdır. Fələstinli jurnalistlərə və media orqanlarına edilən bir başa təzyiqlərin sonu gəlməlidir.



Әlaqәli Xәbәrlәr