Bağdadda törәdilәn terror aktı nәticәsindә 70 nəfər həlak olub

İraqın paytaxtı Bağdadın əs-Sәdr bölgəsində ötәn gün baş vermiş iki hücum nәticәsindә hәyatını itirәnlәrin sayı 70-ә yüksәlib.

441339
Bağdadda törәdilәn terror aktı nәticәsindә  70 nəfər həlak olub

İraqın paytaxtı Bağdadın əs-Sәdr bölgəsində ötәn gün baş vermiş iki hücum nәticәsindә hәyatını itirәnlәrin sayı 70-ә yüksәlib.

Terror tәşkilatı DEAŞ-ın hәyata keçirdiyi hücum nәticәsindә 97 nәfәrin dә yaralandığı bildirilib.

İraqın Baş naziri Hedәr әl-İbadi hücumdan sonra әl-Sәdr bölgәsinә gәlәrәk Bağdaddakı komandirlәrdәn hәyata keçirilәn terror aktı ilә bağlı mәlumat alıb.

Qeyd edәk ki, әl-Sәdr bölgәsindә törәdilәn hücumlardan әvvәl dә Bağdada 20 kilometr mәsafәdә yerlәşәn vә ''qaynar bölgә'' olaraq tanınan Әbu Gureyd qәsәbәsi hәdәf alınmışdı.

Tәhlükәsizlik orqanları ilә DEAŞ terrorçuları arasında baş verәn qarşıdurma nәticәsindә 12 әsgәr vә polis әmәkdaşı hәyatını itirmiş, çox sayda terrorçu da zәrәrsizlәşdirilmişdi.



Әlaqәli Xәbәrlәr