Almaniyada silahlı hücum

Almaniyanın Saksoniya-Anhalt əyalətinin Graefen Hainichen şəhərində sığınmacıların yerlǝşdirilmǝsinin nəzərdə tutulduğu bir binaya atəş açılıb.

440716
Almaniyada silahlı hücum

Saksoniya-Anhalt polis idarǝsinin mǝlumatına görǝ, binaya Cümə gecəsi şəxsiyyəti naməlum şəxslər tərəfindən atəş açılımb. Açıqlamada hadisǝ nǝticǝsindǝ aynaları qırılan binadaki təhlükəsizlik işçilərinin salamat xilas olduqları bildirilib.

Hadisǝni qınayan vǝ “alçaqça edilǝn hücum" olaraq xarakterizə edǝn Saksoniya-Anhalt Əyaləti Daxili İşlər naziri Holger Stahlknecht, Cinayǝtkarların tutulması üçün lazımi tǝdbirlǝrin görüldüyünü qeyd etdi.

Təxminən 80 qaçqının yerləşdirilməsinin planlaşdırıldığı binaya ötǝn hǝftǝ dǝ hücum tǝşkil edilmişdi.



Әlaqәli Xәbәrlәr