AİHM Rusiyanı mühakimə etdi

Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı rəsmi ərazisindən kənarda insan haqqlarının pozduğu üçün mühakimə etdi.

438187
AİHM Rusiyanı mühakimə etdi

1990-ci ildə müstəqilliyini elan edən Dnestryanı Muxtar Respublikasında korrupsiya cinayəti maddəsi ilə tutulan Boris Mozerin Rusiya və Moldova əleyhinə etdiyi şikayət müraciəti əsasında çıxarılan qərarda Avropa İnsan Haqları Konvensiyasının 3,5,8, 9, 13-ci maddələrinin Rusiya tərəfindən pozulduğu barədə hökm verildi.

Qərara görə, Rusiya şikayətlə müraciət edən şəxsə 29 min avro cərimə ödəyəcək.

2008-ci ildə həbsxanada pis rəftar olunanşəxs ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərar Rusiyanın rəsmi ərazisinə daxil olmayan muxtar respublikada yaşayan bir şəxsin insan hüquqlarını pozması faktı ilə əlaqədar Moskva rəhbərliyinin məsuliyyət daşıdığını bildirməsi ilə presedent xarakteri də daşıyır.

Avropa İnsan Haqları Məhkəməsi sözügedən muxtar respublikada Moldovanın hüquqi məsuliyyət daşıdığı barədə hökm verdi, amma bu ölkə əleyhinə bir pozuntu qərarı vermədi.

Rumıniyanın tərkibinə daxil olmaq istəyən, keçmiş Sovet dövrü silahlarının toplandığı bu muxtar respublikada min 500-ə yaxın rus əsgəri xidmət edir.



Әlaqәli Xәbәrlәr