Obama Rusiyanı tənqid etdi

Amerika Birləşmiş Ştatları prezidenti Barack Obama Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatlar səbəbindən bataqlığa girəcəyini söylədi.

433933
Obama Rusiyanı tənqid etdi


Obama ABŞ ilə Cənub-Şərqi Asiya Millətlər Birliyi ölkələrinin (ASEAN) liderlərinin sammitindən sonra keçirdiyi mətbuat konfransında Rusiyanı sərt şəkildə tənqid etdi.



Obama rəsmi Moskvanın Əsəd rejimini əvvəldən dəstəklədiyini xatırladaraq: "Rusiya özünü bataqlığa salacaq demişdim və bu, mütləq olacaq. Bir ovuc müxalifət təbii ki, dünyanın ən böyük ikinci ordusunun silahları qarşısında bir şey edə bilməz. Ancaq ölkənin dörddə üçü hələ də Əsədin nəzarəti altında deyil və bu, qısa zamanda dəyişməyəcək" dedi.



ABŞ prezidenti Rusiyanın ordusu ilə Suriyanı tamamilə işğala hazırlanmaq üçün yatırım qoyduğunu deyərək, bunun maliyyə baxımından baha başa gələcəyi barədə xəbərdarləq etdi. O, : "Bu böyük bir işdir. Rus iqtisadiyyatının bu günkü vəziyyətinə baxdıqda bu, yəqin ki, Rusiya üçün o qədər sərfəli bir iş olmayacaq. Rusiya üçün məqbul olan siyasi keçidə vasitəçilik etmək üçün ABŞ beynəlxalq birliyin digər ölkələri ilə birlikdə çalışacaq" deyə danışdı.



Әlaqәli Xәbәrlәr