Suriyalı qaçqınlar Toronto şəhərinə çatıb

Suriyalı qaçqınları daşıyan ilk təyyarə Kanadanın Toronto şəhərinə çatıb.

361407
Suriyalı qaçqınlar Toronto şəhərinə çatıb

Suriyalı qaçqınları daşıyan ilk təyyarə Kanadanın Toronto şəhərinə çatıb.
Təyyarə Kanadaya ümumilikdə 163 suriyalı qaçqın gətirib. Qaçqınları daşıyan daha bir təyyarənin isə şənbə günü Monreal şəhərinə gələcəyi bildirilir.
Kanada hökuməti 2015-ci ilin axırınadək 10 min suriyalı qaçqını ölkə ərazisində yerləşdirmək niyyətindədir. Daha 15 min nəfərə isə gələn il fevral ayının sonlarına qədər sığınacaq veriləcək.
Qeyd ki, dekabrın əvvəlində Kanada rəhbərliyi köçürülmə proqramı çərçivəsində ölkədə yerləşdirilməsi nəzərdə tutulan İordaniyada olan Suriya vətəndaşlarının yoxlanılmasına başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr