Rǝsmi Vaşinqton İngiltǝrǝnin qǝrarını mǝmnunluqla qarşılayıb

Prezident Obama “İngiltǝrǝ qüvvǝlǝrinin koalisiya qüvvǝlǝrilǝ Suriyanın hava mǝkanında uçmasını sǝbirsizliklǝ gözlǝyirik” deyib.

398792
Rǝsmi Vaşinqton İngiltǝrǝnin qǝrarını mǝmnunluqla qarşılayıb

Rǝsmi Vaşinqton İngiltǝrǝ parlamentindǝ ölkǝnin beynǝlxalq koalisiyanın Suriyada DEAŞ-a yönǝldilmiş hava ǝmǝliyyatlarına qoşulmasını tǝsdiqlǝmǝsini mǝmnunluqla qarşılayıb.
Prezident Obama “İngiltǝrǝ qüvvǝlǝrinin koalisiya qüvvǝlǝrilǝ Suriyanın hava mǝkanında uçmasını sǝbirsizliklǝ gözlǝyirik” deyib.
Obama Böyük Britaniyanın beynǝlxalq koalisiyanın ǝn önǝmli ölkǝlǝrindǝn biri olduğunu xatırladaraq bildirib ki, ingilis qüvvǝlǝrinin ǝn yaxın zamanda koalisiyanın hava vǝzifǝ ǝmrinǝ uyğunlaşması üçün birgǝ fǝaliyyǝtlǝr aparılacaq.
Obama Almaniyanın DEAŞ ilǝ mübarizǝ çǝrçivǝsindǝ Suriyaya 1200 hǝrbçilǝ yanaşı dǝstǝk ünsürlǝrini göndǝrmǝ qǝrarı ilǝ bağlı mǝmnunluğunu da dilǝ gǝtirib.
Qǝrarın bu hǝftǝ Almaniya parlamentindǝ sǝsǝ qoyulacağı gözlǝnilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr