Obama Parisdəki hücumları yaxından təqib edir

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama G 20 Liderlər Zirvə Toplantısı üçün Türkiyəyə hərəkət etməzdən əvvəl Parisdəki terror hücumlarını müzakirə etmək üzrə Milli Təhlükəsizlik Şurasını toplayıb.

366068
Obama Parisdəki hücumları yaxından təqib edir

  Parisdəki hücumların ABŞ-la bağlı konkret bir təhdid olmadığı qeyd edilən iclasda Amerika və Fransa arasında DEAŞ-a qarşı mübarizə çərçivəsində aktiv əməkdaşlıq və fransalı səlahiyyətlilərə hər cür dəstək barədə danışılıb, Parisdə və ümumiyyətlə, Avropada Amerika nümayəndəliklərinin təhlükəsizlik vəziyyətlərinə bağlı görülən son tədbirlər qiymətləndirilib. Obama bu terror hücumlarıyla əlaqədar prosesləri ardıcıl təqib etmək üçün təlimatını verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr