Almaniya parlamenti eftanaziyaya "yox" dedi

Almaniyada gündəmin ilk siralarında yer alan eftanaziya müzakirələrinə parlament son nöqtəni qoydu.

412123
Almaniya parlamenti eftanaziyaya "yox" dedi

Bəzi təşkilatların eftanaziya dərmanları sataraq işi ticarətə çevirməsindən sonra parlament hərəkətə keçdi.

Parlamentdə qəbul edilən qanun ilə firmaların eftanaziya məqsədi ilə dərman satması qadağan olundu.

309 səslə qəbul edilən yeni tənzimləmə ilə, bu cür dərmanları satmağa davam edən firmalara ağır pul cəzaları və hüquqi şəxslərə də 3 ilə qədər həbs cəzası veriləcək.

Müzakirələr zamanı söz alan parlament üzvləri yaşamaq haqqının  müqəddəs olduğunu qeyd etdilər və eftanaziya məqsədi ilə dərman satan şəxs və firmaları insanların vəziyyətlərindən istifadə edərək  etik dəyərləri pozmaqda günahlandırdılar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr