Kölndə aksiya keçirilib

Almaniyada xaricilərə qarşı düşmənçilik mövqeyli və “sələfilərə qarşı xuliqan” olan Hogesa adlı qrupla radikal sağçılar birlikdə Kölndə aksiya keçiriblər.

400245
Kölndə aksiya keçirilib

Almaniyada xaricilərə qarşı düşmənçilik mövqeyli və “sələfilərə qarşı xuliqan” olan Hogesa adlı qrupla radikal sağçılar birlikdə Kölndə aksiya keçiriblər.
Barmerplatz meydanında toplaşan minə yaxın radikal sağçılar, əllərində alman bayraqları ilə xaricilərə qarşı şüarlar səsləndiriblər.
Bu iki qrupa etiraz etmək üçün isə 20 min nəfərə yaxşın başqa digər qrup bir araya gəlib.
Radikal sağçıların əleyhinə olan bu qrup da xüsusi ilə Barmerplatza gedən yolları bağlayaraq digər iki qrupun meydana girməsinə mane olmağa çalışıb.
Köln polisi hadisələr zamanı 5 radikal sağcının yüngül yaralandığını bildirib.
Polisə şüşə və daş atan nümayişçilərin qarşısı su şırnaqlarından istifadə edilməklə alınıb.
Digər tərəfdən Deutz Qatar stansiyası önündəki meydanda "Birlikdə" adlı qrupun təşkil etdiyi radiakl sağçılara qarşı aksiyalarda birlik və bərabərlik mesajları verilib.
Qrupdakılar türk, alman və digər dillərdə mahnılar söyləyiblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr