Honq Konqda bərə  qəzası baş verib

Honq Konqun Lantau adası yaxınlığında baş verən bərə qəzası nəticəsində 14-ü ağır olmaqla 120 nəfər yaralanıb.

399967
Honq Konqda bərə  qəzası baş verib

Honq Konqun rəsmi televiziya kanalı ‘‘RTHK’’-in yanğınsöndürənlərə istinadən verdiyi məlumata görə, yaralanan sərnişinlər ətrafda yerləşən altı xəstəxanaya yerləşdiriliblər.
‘‘The South China Morning Post’’ qəzeti də bərənin Macau-dan qayıtdığı zaman qəzaya uğradığını bildirib.
Qeyd edək ki, qəzanın səbəbləri araşdırılır.
Əldə edilən məlumatda, bərənin iki il ərzində 4 dəfə qəzaya üğradığı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr