Netanyahu yəhudi soyqırımına ağlasığmaz bir səbəb tapdı

"37. Dünya Sionist Konqresində" Hitlerin yerinə Fələstinliləri günahlandırdı

356869
Netanyahu yəhudi soyqırımına ağlasığmaz bir səbəb tapdı

İsrailin Baş naziri Benjamin Netanyahu insanlıq tarixinin utanc ləkəsi yəhudi soyqırımına ağlasığmaz bir səbəb tapdı.

 Netanyahu dövrün Fələstin Müftisi Hüseyninin Alman diktator Hitleri yəhudilərin qətli üçün razı etdiyini irəli sürdü.

İsrail mətbuatında yer alan xəbərlərə görə, Qüdsdə təşkil edilən "37. Dünya Sionist Konqresində" çıxış edǝn  Netanyahu, Yəhudi soyqırımından Hitlerin yerinə Fələstinliləri günahlandırdı.

Netanyahu;
"Hitler yəhudiləri yox etmək deyil sürgün etmək istəmişdi. Fələstin Müftisi Hacı Emin Hüseyni Berlinə gedərək ona, 'yəhudiləri sürgün edərsən hamısı buraya Fələstinə gəlǝr' dedi. Hitler, 'Yaxşı nə edim onlara?' deyə soruşdu. Hüseyni 'Onları yax-yandır' dedi .

Almaniyada 1939-1945-ci illǝr dövründə hökmranlıq sürən Hitler, Yəhudilər başda olmaq üzrə Nazi əleyhdarı milyonlarla adamı  qətl etmişdi.

Bir çox qaynaq II. Dünya Müharibǝsi əsnasında soyqırıma qurban gedən ümumi Yəhudi sayının 6 milyon olduğunu qeyd  edir.

İsraildə Holokostu “Yəhudi soyqırımı” qurbanları üçün hər il 27 apreldə yad etmǝ mərasimləri keçirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr