Əfqan miqrant uşaqlar təhsilsiz böyüyür

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Pakistanda məktəb yaşlı əfqan immiqrant uşaqların 80 faizinin təhsildən məhrum böyüdüyünü bildirib.

357008
Əfqan miqrant uşaqlar təhsilsiz böyüyür

  Məlumata görə,
• Bu ölkədəki immiqrantların yalnız 33 faizi oxuma-yazma bilir. Qadın və qız uşaqları arasında oxuma-yazma nisbəti 7,6 faizdir.
• İrandakı əfqan qaçqın uşaqlarının məktəbə getmə nisbəti isə əvvəlki illə müqayisədə 7 faiz artıb.
• Əfqanıstanda 2001-ci ildə Taliban iqtidardan uzaqlaşdırıldıqdan sonra qız uşaqlarının məktəbə gedə bilməsinin önü açılsa da, bir çox ailə hələ də qorxur.

  Mütəxəssislər bildirir ki, silahlı terror təşkilatları öz üzvlərini, ümumiyyətlə, təhsilsiz insanlar arasından seçir və işsiz gəncləri pul qarşılığında asanlıqla aldadaraq öz şəbəkələrinə qatırlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr